"Heç kimlə danışmır..." - DAMLA DEPRESSİYAYA DÜŞÜB

"Heç kimlə danışmır..." - DAMLA DEPRESSİYAYA DÜŞÜB

Müğənni Damladan yeni xəbər var.

News24.az xəbər verir ki, mart ayında Moskvaya yollanan sənətçi sərhədlərin bağlanması səbəbi ilə hələ də ölkəyə qayıda bilmir. O, hazırda Dağıstanın Dərbənd şəhərindədir. Müğənni sosial şəbəkədə ailəsi üçün çox darıxdığını bildirib: "Gözləmək qədər bərbad duyğu yoxdur. Artıq səbrimin son damlalarını yaşayıram. Hər sabah bir ümid, bir işıqla oyanırsan.... Amma yenə də ümidlərin puç olur. Evinə dönmək üçün saatları sayırsan. Əlindən heç nə gəlmir deyə yenidən növbəti günləri hesablamağa başlayırsan. Gecə düşən kimi səhər açılacaq deyə yenə saatın əqrəblərini sayırsan. Səhər açılan kimi bu gün yenə də balamı, anamı görmədim deyə yastığımı qucaqlıyıb ağlayıram. Nəfəs ala bilməmək bu imiş demək. Çox darıxıram. Sərhədlər nə vaxt açılacaq dostlar? Dəqiq məlumatınız varmı???"

Məsələylə bağlı müğənni ilə əlaqə saxladıq. Müğənninin prodüseri News24.az-a bildirib ki, Damla depressiyadadır və heç kimlə danışmaq istəmir.


Oxşar Xəbərlər



Müzakirə