Röya ilə Brilliant qalmaqaldan sonra bir arada - Foto

Röya ilə Brilliant qalmaqaldan sonra bir arada - Foto

Xalq artistləri Röya Ayxan və Brilliant Dadaşova yaşadıqları gərginlikdən aylar sonra bir araya gəlib.
Axşam.az-ın məlumatına görə, onlar toy məclislərinin biri üçün Moskvaya yollanıblar və orada görüşüblər. Eyni masa arxasında əyləşən ifaçıların şəklini müğənni Hacı Nazim Məmmədov sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, İTV-də yayımlanan “3D” verilişində Röyaya “Brilliant Dadaşova erməni ifaçıya “super” şərhini yazmışdı. Siz bunu edərsiniz” deyə, sual ünvanlanıb. Röya isə Dadaş Dadaşlinskiyə bu cavabı vermişdi:
“Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə “super” yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında “super” yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Ümumiyyətlə, niyə mənim mahnımı oxumalıdır ki? Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub”.
B.Dadaşova isə Röyanı İnstaqramda izləmədən çıxararaq “Səhnəyə çıxdığım gündən indiyənə kimi təriflədiyim hər kəs fürsət tapdıqca kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizlərə güvənərək təsəlli tapdım. Şükür olsun, arzularımın adamı həyatımdadır” deyə, paylaşım etmişdi


Oxşar Xəbərlər



Müzakirə