“Deyirdilər ki, Məmmədbağır məni alıb” - Zöhrə Abdullayeva

“Deyirdilər ki, Məmmədbağır məni alıb” - Zöhrə Abdullayeva

“Xəbər çıxmışdı ki, Məmmədbağır Bağırovla sevgiliyik. Çox nahaq yerə. Onun yaxşı ailəsi, gözəl də sevgilisi var idi”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva qonaq olduğu “Toliklə Səmimi” verilişində deyib.
Sənətçi bir zamanlar haqqında çıxan şayiələrə aydınlıq gətirib:
“Nazpəridən də xoşu gəlirdi deyə, ona mahnı yazırdı. O zamanlar subay idi. Sonra böyük sevgisi həkim bir qıza oldu. Ailə qurmasa da, əli əlində öldü. 20 il onunla oldu. Ailəsini də sevdi, qızı da. Yoldaşı rəhmətə gedəndən sonra deyirdilər ki, Məmmədbağır məni alıb. O, namuslu idi. Belə şey yox idi. Düzü, qadından da çox şey asılıdır. Tərəf müqabili yumşaq olsa, hər şey olardı”.


Oxşar Xəbərlər



Müzakirə