Leyla Əliyeva məşhurlarla qala gecəsində - Fotolar

Leyla Əliyeva məşhurlarla qala gecəsində - Fotolar

Xalq artisti Emin Ağalarovun təşəbbüsü ilə lentə alınan "Jara" filminin Bakıda qala gecəsi keçirilib.


Təqdimat mərasimi Heydər Əliyev Mərkəzində baş tutub. Gecəyə Emin, filmin aktyor heyəti ilə yanaşı, digər tanınmışlar da qatılıblar.
Qalaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gəlib. O, tədbirə oğlu Əli ilə birlikdə qatılıb.
Gecədə səhnəyə çıxan Emin romantik komediya janrında olan filmdən danışıb və hər kəsə xoş istirahətlər diləyib.
"Jara"nın ideya müəllifi və prodüsseri Teymur Cəfərov, rejissoru Dunya Lisova, quruluşçu-rəssamı Masksim Alipçenko və quruluşçu-operatoru Vasiliy Rıjovdur.

 Axşam.az


QALEREYA

Oxşar Xəbərlər



Müzakirə