Elçin Əlibəyli Maral Tahirqızından üzr istədi - Video

Elçin Əlibəyli Maral Tahirqızından üzr istədi - Video

Teleaparıcı Elçin Əlibəyli aylar öncə verilişində təhqir etdiyi müğənni Maral Tahirqızından üzr istəyib.

Maqazin.Tv əbər verir ki, o, bu barədə “Facebook”da yazıb:
“Əzizlərim, bu gün atdığım addımın davamı kimi iki məsələ ilə bağlı aydınlıq gətirmək və daha çox sizdən, üzr istəmək niyyətindəyəm. Maral Tahirqızı ilə bağlı bütün iradları qəbul edirəm və bir xanım kimi onunla o cür rəftar etməli deyildim. Sadəcə həmin vaxt mən onun qismində qadın yox, sənətə yüngüllük gətirən şəxslərin birləşmiş obrazını gördüm və bir növ partladım. Əlbəttə, bunu etməli deyildim, amma hər kəsin iş prosesində səhvi ola bilər. Bu baxımdan birinci hamınızdan, ayrıca Maral Tahirqızından sırf qadın olduğu üçün üzr istəyirəm.
Söz verirəm ki, sonrakı fəaliyyətimdə bunlara oxşar və ya digər irad bildirdiyiniz məqamlar təkrarlanmayacaq. Sizə mənə olan münasibətinizdən asılı olmayaraq, hər birinizə dərin ehtiramımı bildirirəm!”.

Qeyd edək ki, E.Əlibəyli M.Tahirqızının ünvanına bu sözləri işlətmişdi:
“Niyə özünüzü məhv edirsiniz? Kim sizinlə zarafat edib ki, siz müğənnisiniz? Siz Azərbaycan musiqisinin qara nöqtəsisiniz. Sizdən betəri yoxdur. Siz son hədsiniz. Utanc yerisiniz. Hiss etmirsiniz ki, sizə lağ edirlər? Siz “prikol” mənbəyisiniz”.


Video

Oxşar Xəbərlər



Müzakirə