Sevda Ələkbərzadə heyrətləndirməyə davam edir -VİDEO

Sevda Ələkbərzadə heyrətləndirməyə davam edir -VİDEO

Bu yay Bakıda keçirilən UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində dünya şöhrətli bəstəkar və müğənni Sami Yusufla Sevda Ələkbərzadənin möhtəşəm duetindən sonra müğənni İsmayıl Əsədovun Orxan Qarabasmanın sözlərinə bəstələmiş yeni dəbli üslubda bir treklə pərəstişkarlarının qəlbini fəth etmək qərarına gəldi.

Maqazin.Tv  xəbər verir ki, "İstəmirəm" adlı mahnı öz alovlandırıcı ritmi və hamının sevimlisi Sevda Ələkbərzadənin bənzərsiz səsi ilə tamaşaçılar tərəfindən seviləcəyini vəd edir.

Yeni hitə klipi Sevdanın çoxdankı dostu gürcü rejissoru Zaza Oraşvili Gürcüstanın paytaxtı Tbilisidə çəkib.
"Mən eksperiment etməyi sevdiyimdən özümü yeni bir tərzdə sınamaq istədim. Məncə, çox maraqlı alındı ”, – deyə müğənni repertuarındakı yeni mahnı haqqında danışır.

Qeyd edək ki, bu, S.Ələkbərzadə və Z.Oraşvilinin ilk işi deyil. İllər əvvəl onlar birgə "Mən səni gözlədim" videoçarxının çəkilişində görüşüblər: "Onda hamı bizim birgə işimizi bəyəndi. Qeyd etmək istəyirəm ki, bu, gürcü rejissorunun Azərbaycan müğənnisi ilə ilk işi idi. Və illər sonra Zaza ilə yenidən çox maraqlı bir klip çəkdik. Onunla işləmək çox xoşdur, çünki hər şeyi səmimiyyətlə və böyük həvəslə edir. ”
Sevda çəkilişlərdə qarşılaşdığı çətinliklərdən də danışdı: "Çəkiliş inanılmaz hava şəraitində baş verdi – bir gündə yağış yağdı, sonra günəş çıxdı, birdən səma qara buludlarla örtüldü, güclü yağış yağdı və sonra buludlar yox oldu və yay gəldi. Bir çəkiliş günündə 4 mövsüm yaşadıq. Amma hava şəraitinə və yağışda islanmağımıza baxmayaraq, heç kim xəstələnmədi, çünki hamı o qədər həvəslə işləyirdi ki, havanın sürprizləri bizə mane ola bilmədi. Nəticədə çox maraqlı bir klip alındı"

"Bu layihə üzərində çalışan bütün kollektivə, əlbətdə, dostum Elruz Fatiyevə minnətdaram. Onsuz bütün bunlar baş verməzdi", – deyə, Sevda Ələkbərzadə bildirdi.

Mahnını və başda Sevda Ələkbərzadə olmaqla «İstəmirəm» klipi üzərində işləyən bütün yaradıcı heyət "İstəmirəm" trekinin tez bir zamanda seviləcəyinə və payız-qış mövsümündə mütləq hit olacağına ümid edir.



Video

Oxşar Xəbərlər



Müzakirə