Silvester Stallone son “Rembo” filminin yeni treylerini nümayiş etdirib

Silvester Stallone son “Rembo” filminin yeni treylerini nümayiş etdirib

Vyetnam müharibəsi veteranı Con Rembo haqqında növbəti filmin çəkilişləri bir neçə aydır başa çatıb...

Məşhur Amerika aktyoru, rejissor və prodüsser Silvester Stallone "Rembo: Son qan" filminin yeni treylerini nümayiş etdirib.
 
Maqzin.tv interaza-a istinadən xəbər verir ki, aktyor treyleri özünün "İnstagram" səhifəsində paylaşıb.
 
Qeyd edilir ki, film bu il sentyabrın 20-də ekranlara çıxacaq.
 
Stallonenin paylaşdığı çarxda 1980-ci illərdə ekranlara çıxan "Rembo: Birinci qan 2" filmindən istinadlar da var. Çarxa əsasən, qəhrəman "Rembo" film epopeyasının son hissəsində yenidən qisas yoluna qalxacaq.
 
Qeyd edək ki, Silvestr Stallone "Rembo V: Sonuncu qan" filmini təqdim etmək üçün 72-ci Kann kinofestivalına gəlmək niyyətindədir.
 
Vyetnam müharibəsi veteranı Con Rembo haqqında növbəti filmin çəkilişləri bir neçə aydır başa çatıb.


Video

Oxşar Xəbərlər



Müzakirə